close
Azərbaycan diliEnglishRussian
Slide 1

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

Başlıq Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək
Məkan və Tarix Bakı şəhəri
08-12-2016 - 10-12-2016
Kateqoriya Tədbirlər

Təsvir

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

İmtahanlarda 7000 nəfərdən çox müəllim iştirak edəcək. Ötən il İmişli və Saatlı rayonları üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər bu imtahanlara qatılacaqlar. Həmçinin Şuşanın Mingəçevir şəhərində yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri Kürdəmirdə keçiriləcək diaqnostik qiymətləndirməyə cəlb ediləcəklər.

Keçirilmə yeri

Şəhər Bakı şəhəri
Ünvan F.Köçərli adına Respublika Uşaq Kitabxanası
Poçt indeksi AZ1000
Ölkə AZ

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?