close
Slide 1


Dictionary

Enter the search word and type.
Begins with Contains Exact term
DİDAKTİK PRİNSİPLƏRümumi məqsəd və qanunauyğunluqlara əsasən təhsil prosesinin məzmununu, tədris metod və formalarının təşkilinin əsas məqamları
DİDAKTİK QAYDALARtədrisin bu və ya digər prinsipinin tətbiqinin müxtəlif cəhətlərinin açılmasında aparıcı mövqe. Məs.əyaniliyin əsas prinsiplərindən biri belədir: müxtəlif növ əyani vəsait işlətmək, amma onların həddini keçməmək şərtilə
DƏRSİN DİDAKTİKASIdərsin hazırlanması, keçirilməsi və dərsin nəticələrinin sistemi
DİPLOM(fr. Diplôme, yun. Díplōma – ikiqatlanmış sənəd, diplóō – iki yerə qatlayıram), 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək barəsində, elmi dərəcə və ya ad verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək üçün verilən sənəd (məs. ticarət).3) Müxtəlif məzmunlu müsabiqə,yarış, sərgi və s. nailiyyətlər üçün mükafat
DİPLOM İŞİali təhsil müəssisəsinin məzunlarınınelmi-tədqiqat xarakterli yekunlaşdırıcı işi. D.i. bir qayda olaraq tələbə tərəfindən seçilmiş sahə üzrə aktual mövzunun tədqiqi, məzunların nəzəri biliklərinin və praktiki bacıqlarının ümumiləşmiş bütöv sistemidir. D.i. tədqiqat mövzusu ilə bağlı ədəbiyyatlardan,qaynaqlardan istifadə etməklə nəzəri hissənin, nəticənin hazırlanmasıdır. D.i. dövlət imtahan komissiyası və dövlət ixtisas komisssiyası iclaslarında müdafiə olunur. İctimai-siyasi fənlər üzrə D.i. müdafiə edən və dövlət imtahanını verən məzunlara uyğun ixtisasın verilməsini bildirən diplom verilir
DİPLOM İŞİNİN MÜDAFİƏSİtədris müəssisəsini bitirən mütəxəssislərin hazırlıq səviyyəsinin yoxlanması. Müdafiə Dövlət Komissiyasının açıq iclasında keçirilir və müdafiənin nəticəsində məzunlara uyğun ixtisas verilir
DİREKTOR1.Hər hansı müəssisənin, təşkilatın rəhbəri məs. Fabrik direktoru, məktəb direktoru və s. 2.Bəzi tarixi dövrlərdə kollegiya üzvlərinin adı, dövlət, direktoriya rəhbəri.
DİSSERTASİYAmüvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi-tədqiqat işi
DİSSERTANTdissertasiya işi yerinə yetirən şəxs
DİSTANT (MƏSAFƏDƏN) TƏHSİLtədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələrlə yazışmalar əsasında təşkil olunduğu təhsil forması
DOKTORANTdoktoranturada təhsil alan şəxs
DOKTORANTURAali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını təmin edən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı forması
DOSENT(lat. Docens öyrədən), ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə
ELİTAR TƏHSİLxüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil
ELMİ EV İŞİtədris prosesinin təşkili forması, müəllimin birbaşa deyil, dolayısı idarəsi ilə şagirdlərin tapşırığı yerinə yetirməsi. E.e.i.-nin növləri: tədris fəaliyyətinin xüsusiyyətinə əsasən – reproduktiv və yaradıcı; tədris hərəkətinə əsasən – məsələ və tapşırıqların yerinə yetirilməsi, dərsliklə iş, əlavə ədəbiyyatın oxusu, hesabat və məlumatların hazırlanması
ELMİ DƏRƏCƏ VƏ ADLARali təhsilli mütəxəsislərə verilir, onların elmi kvalifikasiyasını, elm və texnikanın inkişafında, mütəxəsis hazırlığında əldə etdikləri nailiyyyətlərinə görə təqdim edilir. Hər bir ölkədə elmi kadrların özünəməxsus attestasiya qaydası, özünəməxsus adlandırılması və terminologiyası var. AR-də aşağıdakı elmi adlar vardır: elmlər namizədi, elmlər dokroru, professor və s. Elmi dərəcələr: baş elmi işçi, dosent, baş müəllim, baş laborant. Akademik adlar: mübir-üzv və həqiqi-üzv
ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNyeni tipli təhsil müəssisələrində bilavasitə elmi və metodiki işlərin rəhbər və təşkilatçısı. Bir qayda olaraq, məhz ixtisası üzrə 5 ildən artıq müddətə staja malik olan yüksək ixtisaslaşmış işçilərdən seçilir
ELMİ- İSTEHSALAT İŞİ ÜZRƏ DİREKTOR MÜAVİpeşə-ixtisas məktəblərində elmi-istehsalat və metodiki işlərin təşkilatçısı hesab olunur. O, tədris və elmi –istehsalat fəaliyyətinə, tədris plan və proqramının icrasına, qabaqcıl elm və istehsalat nailiyyətlərinin elmə tətbiq edilməsinə birbaşa nəzarət edir və cavabdehdir
ELMLƏR DOKTORUelm sahələri üzrə doktoranturanın ikinci pilləsində verilən ən yüksək elmi dərəcə
EVDƏ TƏHSİLmüvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması

Poll

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?