close
Slide 1


Dictionary

Enter the search word and type.
Begins with Contains Exact term
ORTA TƏHSİLuyğun tədris proqramının mənimsənilməsi nəticəsində əldə edilən ümumi və ya profesional təhsil səviyyəsi. Orta təhsildə natamam orta (orta məktəbin IX sinfinədək təhsil) və tam orta (11 illik təhsil) növlər fərqləndirilir. Əksər ölkələrdə natamam orta təhsil dövlət tərəfindən qəbul edilmiş qaydaya əsasən məcburidir
ÖZƏL TƏHSİL MÜƏSSİSƏLƏRİşəxsi təşkilatçıları tərəfindən təsis edilən, öz şəxsi büdcəsindən maliyyələşən təhsil müəssisəəri. Aid olduğu quruma və yerinə yetirdiyi vəzifələrin əlamətlərinə görə üç növə ayrılır: a) müəyyən müəssisə və ya müəssisələr qrupuna aid olan - kadr tələbatından irəli gələn xidmət; b) qeyri-hökümət təşkilatları, siyasi partiyalar, həmkarlar ittifaqları, dini qurumlar yanında fəaliyyət göstərənlər; c) yerli özünüidarəetmə orqanları yanında fəaliyyət göstərənlər
ÖZÜNÜTƏHSİL MƏDƏNİYYƏTİ(öz-özünə təhsilin mədəniyyəti) – özünütəhsilin bütün komponentlərinin yüksək inkişaf və mükəmməllik səviyyəsi. Özünütəhsil tələbatı inkişaf etmiş şəxsin zəruri elementidir. Özünütəhsil nəticəsində insanın iradi keyfiyyətləri, yüksək şüurluluq səviyyəsi və təşkilatçılığı formalaşır
ÖZ-ÖZÜNƏ TƏHSİLtəhsil müəssisələrindən kənarda, müstəqil surətdə iş yolu ilə əldə edilir. Qiyabi təhsil növü nisbətən öz-özünə təhsilə yaxındır. Lakin bu tip təhsil bütöv təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. Öz-özünə təhsil –bu məqsədyönlü, sistematik, təhsilin təkmilləşməsinə yönəlmiş fəaliyyətdir

Poll

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?