Lüğət
DİDAKTİK PRİNSİPLƏR | ümumi məqsəd və qanunauyğunluqlara əsasən təhsil prosesinin məzmununu, tədris metod və formalarının təşkilinin əsas məqamları |
---|
DİDAKTİK QAYDALAR | tədrisin bu və ya digər prinsipinin tətbiqinin müxtəlif cəhətlərinin açılmasında aparıcı mövqe. Məs.əyaniliyin əsas prinsiplərindən biri belədir: müxtəlif növ əyani vəsait işlətmək, amma onların həddini keçməmək şərtilə |
---|
DƏRSİN DİDAKTİKASI | dərsin hazırlanması, keçirilməsi və dərsin nəticələrinin sistemi |
---|
DİPLOM | (fr. Diplôme, yun. Díplōma – ikiqatlanmış sənəd, diplóō – iki yerə qatlayıram), 1) ali və ya ali-ixtisas təhsil müəssisəsini bitirmək barəsində, elmi dərəcə və ya ad verilməsi barədə sənəd. 2) Müəssisə, təşkilat və ya vətəndaşın müəyyən fəaliyyəti həyata keçirtmək üçün verilən sənəd (məs. ticarət).3) Müxtəlif məzmunlu müsabiqə,yarış, sərgi və s. nailiyyətlər üçün mükafat |
---|
DİPLOM İŞİ | ali təhsil müəssisəsinin məzunlarınınelmi-tədqiqat xarakterli yekunlaşdırıcı işi. D.i. bir qayda olaraq tələbə tərəfindən seçilmiş sahə üzrə aktual mövzunun tədqiqi, məzunların nəzəri biliklərinin və praktiki bacıqlarının ümumiləşmiş bütöv sistemidir. D.i. tədqiqat mövzusu ilə bağlı ədəbiyyatlardan,qaynaqlardan istifadə etməklə nəzəri hissənin, nəticənin hazırlanmasıdır. D.i. dövlət imtahan komissiyası və dövlət ixtisas komisssiyası iclaslarında müdafiə olunur. İctimai-siyasi fənlər üzrə D.i. müdafiə edən və dövlət imtahanını verən məzunlara uyğun ixtisasın verilməsini bildirən diplom verilir |
---|
DİPLOM İŞİNİN MÜDAFİƏSİ | tədris müəssisəsini bitirən mütəxəssislərin hazırlıq səviyyəsinin yoxlanması. Müdafiə Dövlət Komissiyasının açıq iclasında keçirilir və müdafiənin nəticəsində məzunlara uyğun ixtisas verilir |
---|
DİREKTOR | 1.Hər hansı müəssisənin, təşkilatın rəhbəri məs. Fabrik direktoru, məktəb direktoru və s. 2.Bəzi tarixi dövrlərdə kollegiya üzvlərinin adı, dövlət, direktoriya rəhbəri. |
---|
DİSSERTASİYA | müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi-tədqiqat işi |
---|
DİSSERTANT | dissertasiya işi yerinə yetirən şəxs |
---|
DİSTANT (MƏSAFƏDƏN) TƏHSİL | tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələrlə yazışmalar əsasında təşkil olunduğu təhsil forması |
---|
DOKTORANT | doktoranturada təhsil alan şəxs |
---|
DOKTORANTURA | ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını təmin edən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı forması |
---|
DOSENT | (lat. Docens öyrədən), ali təhsil müəssisəsində müəllimlərə verilən elmi ad və seçkili vəzifə |
---|
ELİTAR TƏHSİL | xüsusi istedadlı şəxslər üçün təşkil olunan təhsil |
---|
ELMİ EV İŞİ | tədris prosesinin təşkili forması, müəllimin birbaşa deyil, dolayısı idarəsi ilə şagirdlərin tapşırığı yerinə yetirməsi. E.e.i.-nin növləri: tədris fəaliyyətinin xüsusiyyətinə əsasən – reproduktiv və yaradıcı; tədris hərəkətinə əsasən – məsələ və tapşırıqların yerinə yetirilməsi, dərsliklə iş, əlavə ədəbiyyatın oxusu, hesabat və məlumatların hazırlanması |
---|
ELMİ DƏRƏCƏ VƏ ADLAR | ali təhsilli mütəxəsislərə verilir, onların elmi kvalifikasiyasını, elm və texnikanın inkişafında, mütəxəsis hazırlığında əldə etdikləri nailiyyyətlərinə görə təqdim edilir. Hər bir ölkədə elmi kadrların özünəməxsus attestasiya qaydası, özünəməxsus adlandırılması və terminologiyası var. AR-də aşağıdakı elmi adlar vardır: elmlər namizədi, elmlər dokroru, professor və s. Elmi dərəcələr: baş elmi işçi, dosent, baş müəllim, baş laborant. Akademik adlar: mübir-üzv və həqiqi-üzv |
---|
ELMİ-METODİKİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİN | yeni tipli təhsil müəssisələrində bilavasitə elmi və metodiki işlərin rəhbər və təşkilatçısı. Bir qayda olaraq, məhz ixtisası üzrə 5 ildən artıq müddətə staja malik olan yüksək ixtisaslaşmış işçilərdən seçilir |
---|
ELMİ- İSTEHSALAT İŞİ ÜZRƏ DİREKTOR MÜAVİ | peşə-ixtisas məktəblərində elmi-istehsalat və metodiki işlərin təşkilatçısı hesab olunur. O, tədris və elmi –istehsalat fəaliyyətinə, tədris plan və proqramının icrasına, qabaqcıl elm və istehsalat nailiyyətlərinin elmə tətbiq edilməsinə birbaşa nəzarət edir və cavabdehdir |
---|
ELMLƏR DOKTORU | elm sahələri üzrə doktoranturanın ikinci pilləsində verilən ən yüksək elmi dərəcə |
---|
EVDƏ TƏHSİL | müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması |
---|