Müntəzəm Verilən Suallar
Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarına kimlər buraxılır?
Azərbaycanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər.
XI sinif şagirdləri hansı fənlərdən imtahan verəcəklər?
XI sinif şagirdləri ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən buraxılış imtahanları verəcəklər.