Lüğət
VALEOQOLİK TƏHSİL VƏ TƏRBİYƏ | (lat. vale – sağlam ol) – təhsil alanlarda sağlamlığa olan tələbat, onlara sağlam həyat tərzinin elmi anlamını başa salmaq və onu həyata tətbiq etməyi öyrətmək. V.t və t-nin əsasında mənəvi, fiziki, cinsi tərbiyə vasitəsilə sağlam insanın formalaşması konsepsiyası, psixi özünüidarəetmə, gigiyenik, fizioloji, ekoloji, və tibbi biliklərin verilməsi durur |
---|
VAHİD TƏHSİL MƏKANI | dövlət və ictimai təşkilatlar vasitəsilə vahid təhsil səviyyəsinin (standart) təmin olunduğu ərazi(region) |
---|
VUNDERKİND | qeyri-adi bacarıqları ilə fərqlənən uşaq |
---|