close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
TƏRBİYƏLİLİKinsanın necə fikirləşib əslində necə davranması arasında olan konflikt, şəxsiyyətin böhranına gətirib çıxara bilər. T.- şəxsiyyətin bugünkü inkişaf səviyyəsi tərbiyə olunmaq - şəxsiyyətin potensial səviyyəsi, onun yaxın inkişaf zonası
TƏRBİYƏ QAYDALARItərbiyənin bu və ya digər prinsipinin reallaşması üçün tətbiqi xarakterli tövsiyyələr
TƏRBİYƏVİ İŞyaşlı və uşaqların həyat fəaliyyətinin təşkili üçün məqsədyönlü fəaliyyət. T. i. vasitəsilə tərbiyə prosesi reallaşır
TƏRBİYƏ OLUNMAQinsan üçün yeni olan idrakı, emosional və ya davranış qayda və bacarıqlarının nisbətən sürətli formalaşması
TƏRBİYƏ METODLARIuşaq həyatının, fəaliyyətinin, münasibətlərinin, ünsiyyətinin,davranış aktivliyinin təşkilinin, böyüklər və uşaqlar arasında ped.qarşılıqlı təsirin üsularının təşkil edilməsi. Tərbiyə metodlarının seçilməsi tərbiyə məqsədlərindən; fəaliyyətin aparıcı növündən; tərbiyə məzmunu və qanunauyğunluqlarından; konkret məqsədlərin və şərtlərin həlli; şagirdlərin yaş, fərdi, cinsi xüsusiyyətlərinin nəzərə alınması, davranış əsaslanmasından asılıdır
TƏRBİYƏ MÜNASİBƏTLƏRİmənəvi, ruhi inkişafa və təkamülə istiqamətlənmiş tərbiyə prosesində insanlar arasında yaranan çoxnövlü münasibətlərdir
TƏRBİYƏ MÜHİTİuşağın həyat fəaliyyəti və şəxsiyyət kimi formalaşmasa təsir edən təbii və məişət şərtlərinin cəmi. T.m. növləri: qanunauyğun olmayan, avtoritar və optimal
TƏRBİYƏ PROSESİped. qarşılıqlı təsir prosesi, şəxsiyyət və cəmiyyətin tələbi əsasında şəxsiyyətin formalaşması, tərbiyə edilənlərin sos. və mənəvi təcrübəsinin, dəyərlərinin və münasibətlərinin formalaşması
TƏRBİYƏDƏ RƏDDETMƏ(terminoloji – ünsiyyətin perseptiv-refleksiv tərəfi) – müəllim tərəfindən şagirdin və özünün qarşılıqlı fəaliyyətinin qavranması, anlaması, dərki və s. T.r. əks informasiya, əks əlaqə mexanizmidir və tərbiyə proseslərinin şagirdə olan təsirini göstərir
TƏRBİYƏVİ TƏDRİSşagirdin bilik, bacarıq, vərdişlərə yiyələnməsi ilə yanaşı onların dünyaya, bir-birinə, keçilən materiala olan baxışının formalaşması
TƏRBİYƏVİ TƏSİRİN BÖHRANItərbiyə prosesi zamanı yaranan çətinliklər, problemlər: fəaliyyyət böhranı ( inkişaf prosesi dayanır, yəni hər şey artıq durğunlaşır), mühitin böhranı ( uşağı əhatə edən mühit ona müsbət emosiya vermir), əşyaların böhranı, sözlərin böhranı
TƏRBİYƏDƏ YAŞ YANAŞMASIşəxsiyyətin inkişaf qanunauyğunluqlarının (fiziki, psixi, sos. ) nəzərə alınması, həmçinin tərbiyə edilənlər qrupunun yaş tərkibinə əsasən sos-psixoloji xüsusiyyətlərinin nəzərə alınması
TƏRBİYƏ FƏLSƏFƏSİtərbiyənin mahiyyətinin, prinsip və dəyərlərinin şərhi
TƏRBİYƏNİN MƏQSƏDİcəmiyyətin müəyyən tip şəxsiyyətə olan tələbatının ifadəsi, onun varlığına, induviduallığına, xüsusiyyət və keyfiyyətlərinə, əqli, fiziki, mənəvi, estetik inkişafına və həyata baxışına dair ideal tələblərin nəzəri ümumiləşməsidir
TƏRBİYƏ NƏZƏRİYYƏSİtərbiyənin məqsədi, qanunauyğunluqları, aparıcı qüvvələrinin, onun əsas struktur elementlərini və metodikasını açıqlayır
TREYNİNQməqsədi cəmiyyətdə şəxsiyyətlərarası və professional hazırlığı inkişaf etdirmək olan interaktiv təlim növü. Müəllimin professional hazırlığında ən mühüm metodlardan biri hesab olunur
TYUTORali təhsil müəssisəsində akademik məsləhətçi

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?