close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
TƏHSİL MÜƏSSİSƏSİmüvafiq təhsil proqramları əsasında təhsil prosesinin həyata keçirildiyi və məzunlara müvafiq dövlət sənədinin verildiyi qurum
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN ATTESTASİYASItəhsil müəssisəsinin məzunlarının dövlət təhsil standartlarının tələblərinə uyğun məzmununu, səviyyəsinin və hazırlıq səviyyəsinə uyğunluğunu müəyyənləşdirmək.T.m.a.-nın şərtlərinə təhsil müəssisəsinin məzunlarının ən azı. yarısının üç ardıcıl il ərzində göstərdiyi müsbət nəticələrdir. T.m.a. onların dövlət attestasiya xidmətinə müraciəti və ya dövlət idarə və ya xidmət orqanlarının, yerli özünüidarəetmə orqanalarının, aparıcı təhsil müəssisələrinin nümayəndələri vasitəsilə həyata keçirilir. Attestasiya qanunla digər hallar nəzərdə tutulmayıbsa 5 ildə bir dəfə keçirilir
TƏHSİL MÜƏSSİSƏSİNİN DÖVLƏT ATTESTASİYAS(attestatio - şahidlik) – lisenziyalı təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, hesabatda təqdim olunmuş məlumatın dolğunluğu və dəqiqliyinin ekspert qiymətləndirmə prosedurudur. Attestasiyanın məqsəd və məzmunu ,əsasən, təhsil müəssisəsinin məzunlarının səviyyəsinin, biliyinin dövlət təhsil standartlarına uyğun olduğunu müəyyənləşdirməkdir. Attestasiyanın nəticəsinə əsasən attestasiya attestasiy6a nəticəsi çıxarılır. Müsbət attestasiya nəticəsi dövlət təhsil müəssisəsinin akkreditasiyası üçün zəmin yaradır
TƏHSİL MÜƏSSİSƏNİN MUXTARİYYƏTİmüvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət və bələdiyyə təhsil müəssisəsinə verilən müstəqillik
TƏHSİL MƏHSULUtəhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri
TƏHSİLDƏ MƏRKƏZLƏŞDİRMƏşəxsiyyətdə idrakı proses mexanizmlərindən biri, onun mənəvi yetkinliyinin və ünsiyyət bacarığının inkişafı; başqa insanların nəzər nöqəsini qəbul etmək əsasında fəaliyyət göstərir. Müstəqil yaradıcı düşüncənin formalaşması və inkişafında mühüm rol oynayır
TƏHSİLİN MƏQSƏDLƏRİadətən, T.m. təhsil alanda elm, bilik və bacarıqların yaranması, insanda mədəniyyətin formalaşması, onun əməyə hazırlanması ilə müəyyən olunur. T.m-də başlıca yeri şəxsiyyətin individual yaradıcı potensialının açılması tutur. Məktəbdə son zamanlar üstün mövqe əsasən təlim və tədrisdən daha çox şəxsiyyəti formalaşdıra bilən tərbiyəyə, yeni dövrün tələblərinə cavab verən ekzistensional dəyərlərə keçmişdir. Lakin burada tərbiyə anlayışı altında elə şərtlərin yaranması nəzərdə tutulur ki, təhsil alanın şəxsiyyətinin üstünlük və bacarıqlarını açmağa yardım etsin. Beləliklə, T.m. individual üstünlük və bacarıqların açılması prosesi kimi çox mürəkkəb və çoxşaxəlidir. T.m-nin 2: təhsil alana və təhsil müəssisəsinə, təhsil siteminə münasibət cəhətdən öyrənəmək lazımdır. Təhsil sistemlərinin fəaliyyətinin ən mühüm məqsədi müasir istehsalatda xidmət edə bilən sosial öhdəlik daşıyanicilarının hazırlanmasıdır. Təhsil alanın şəxsiyyətinə nəzərən aşağıdakı T.m-i qeyd etmək lazımdır: •şəxsiyyətin individual keyfiyyətlərinin açılması; •elm və mədiyyətin əsası barəd sistemləşmiş biliklər əldə etdikdən sonra təhsil alanın düyəvi və milli mədəniyyətə uyğunlaşması; •maddi tərbiyə və dünyaya maddi baxış sistemi , insanın dünyadakı yeri barədə tərbiyə; •fiziki və valeoloji tərbiyə; •əmək hazırlığına ümumi və peşəkar hazırlıq; •şəxsiyyətin özünütərbiyə və özünüinkişaf səviyyəsinə çatması, tədris və peşəkar fəaliyyətin yaradıcı və əxlaqi azadlığın əsası kimi qəbul edilməsi
TƏHSİL NƏZƏRİYYƏSİtəhsil fenomeni, onun cəmiyyətdəki rolu, inkişaf qanunauyğunluqları, inkişaf effektivliyi barədə nəzəriyyə. Hər birinin xüsusi predmeti olan 4 tədqiqat sahəsi əsasında formalaşır: a) fəlsəfi- təhsilin mahiyyəti,onun taksonomiyası; b) sosial – iqtisadi- təhsilin cəmiyyət həyatının müxtəlif sahələri ilə qarşılıqlı əlaqəsi; c) pedaqoji- təhsil fəaliyyətinin məzmunu və texnologiyası; d) sosial- psixoloji- fərdlər və qrupların təhsil fəaliyyətinin subyekti kimi
TƏHSİL PİLLƏLƏRİtəhsil sisteminin müstəqil tərkib hissəsi ( məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbi, ibtidai, əsas orta təhsil müəssisələri). T.p. bib-birilə üzvi şəkildə bağlıdır və bu, təhsildə inkişçafa səbəb olur
TƏHSİL PROQRAMMI (KURİKULUM)təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi
TƏHSİLİN STANDARLAŞDIRILMASIeynitipli təhsil müəssisələrinin fəaliyyətinə dair vahid tələblərin müəyyənləşməsi
TƏHSİL STANDARTLARI1) tədris fənni üzrə son nəticələrin göstərildiyi əsas sənəd. Hər bir təhsil pilləsi üzrə tərtib edilir. Standartın strukturuna daxildir: təhsilin məqsəd və vəzifələri, termin və qanunauyğunluqları, bilik və düşüncələri, bilik və bacarıqları, təhsilin nəticələrinin yoxlanması texnologiyası. 2) tədrisin demək olar ki nüvəsi- tərkibinə daxildir orta məktəb təhsilində nəticə əldə etmək üçün olur. Təhsilin məzmununun optimal minimumunu göstərir
TƏHSİL SİSTEMİmüxtəlif istiqamətli təhsil proqramlarının və dövlət standartlarının qarşılıqlı əlaqəsini cəmi; onları həyata keçirən müxtəlif hüquqi bazaya, növə, tipə malik olan təhsil müəssisələrini şəbəkəsi; təhsil idarəetmə orqanları sistemi. T.s-nin növü ölkənin sos-iq inkişaf səviyyəsindən, siyasi rejimindən, mədəni-tarixi və milli-xüsusiyyətləri ilə müəyyən olunur
TƏHSİL SİSTEMİNDƏ İNNOVATİV PROSESLƏRped. yeniliklərin yaranma, qəbul edilmə, dəyərləndirmə, mənimsəmə, tətbiq və s. prosesləri
TƏHSİL FƏALİYYƏTİNİN SUBYEKTLƏRİtəhsil sisteminin fəaliyyət və inkişaf məsələləri ilə məğul olan şəxslər və ya şəxs qrupu. 5 növə bölünür: a) təhsil siyasətinin yaradıcıları; b) təhsilin məzmunu, istiqamətləri, həyata keçirilmə üsulları barədə qərar qəbul edən subyektlər; c) təhsilin milli, regional, lokal səviyyədə təşkilatçıları; d) təhsil müəsisələri; д) tədris və digər pedaqoji fəaliyyətlə məşğul olan şəxslər
TƏKRARşagirdlərin biliklərini möhkəmləndirmək cə sistemləşdirmək üçün dərs prosesi zamanı keçilmiş mpvzulara yanidən müraciət edilməsi. Təkrar prosesi mövzunun yanidən əzbərlənməsi demək deyildir. Keçilmiş mövzu yeni qaydada, yeni suallar toplsu ilə başqaq şəkildə keçilir
TƏLİM VƏ TƏDRİSİN HUMANİSTLƏŞMƏSİMüəllim və şagird arasında əsasında insanlara hörmət və qayğı; uşağın maraq və problemlərinin müəllimin diqqət mərkəzinə alması; uşaqlarda insana dünyada ən yüksək dəyər vermək prinsipləri duran münasibətlərin qurulması. Uşaqların sos. müdafiəsi rol oynayır
TƏLİM PROSESİNİN APARICI QÜVVƏLƏRİşagirdin artan, yenilənən tələblərinin müəllim tərəfindən ödənə bilmək qabiliyyəti arasında olan obyektiv ziddiyətlər.Şagirdin özünün aktivliyi hesabına bu ziddiyətlərin həlli onun inkişafına xidmət edir
TƏLİM VƏ TƏDRİSİN MƏZMUNUşagirdlərin hərtərəfli əqli və fiziki bacarıqlarını, onların dünyagörüşünü, mənəviyyatını, davranışını, ictimai həyata və əməyə hazırlanmasını formaaşdıran elmi biliklərin, bilik və bacarıqlarının, yaradıcı fəaliyyət münasibəti və təcrübəsi sistemidir
TƏRBİYƏ(ped. hal kimi) - 1)uşağın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, səbəb və dəyərlər yaranmasına yönəlmiş müəllimin məqsədyönlü professional fəaliyyəti; 2) təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş ped. proses; 3) şagird və böyüklərin tərbiyəsinə yönəlmiş qarşılıqlı təsirin məqsədyönlü, idarəedilən və açıq sistemi. Bu sistemdə tərbiyəalan əsas iştirakçıdır və əgər bu sistemə şagirdin optimal inkişafına yönəlmiş dəyişikliklər etmək mümkündürsə, onda uşaq həm obyekt, həm də subyekt qismində çıxış edir. 4) şagirdə müxtəlif hallarda öz seçim yolu və seçim hüququnu verməklə uyğun davranış üsullarının təşkili; 5) şəxsiyyətin inkişafına, onun cəmiyyətdəki münasibətinin, baxışlarının, davranışına məqsədyönlü təsir edən proses və nəticələr 6) insanın mədəniyyətə yiyələnməsi üçün məqsədyönlü şərtlərin yaranması; 7) (ən dar, konkret mənada) bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə - insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. M.t.- bu insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə - şagirdlərdə dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə - uşaqlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması. Hüququ tərbiyə - hüquqi tərbiyənin və hüquqi davranışın formalaşması, ümumi məcburi ibtidai təhsilin hüquqi cəhətdən həyata keçirilməsi, qanuna tabe davranışın yaranması prosesidir. Əmək tətbiyəsi – şagirdlərdə ümümi əmək bilik və bacarıqlarının inkişafına, əməyə və əmək məhsullarına məsuliyyətli yanaşmanın psixoloji hazırlığına, şüurlu surətdə gələcək peşə seçiminə yönəlmiş tərbiyəçi və tərbiyə alanların birgə fəaliyyəti prosesidir. Əqli tərbiyə - intellektual mədəniyyətin, idrakı səbəblərin, əqli gücünün, düşüncəsinin, dünyagörüşünün və şəxsiyyətin intellektual azadlığının formalaşdırılması. Fiziki tərbiyə- insanın fiziki inkişafına, sağlamlığının möhkəmlənəsinə, yüksək əmək qabiliyyətinin və daimi fiziki inkişafına tələbat yaranmasına yönəlmiş təkmilləşmə sistemidir. Bədii tərbiyə - şagirdlərdə hiss etmək, anlamaq, dəyərləndirmək, incəsənəti sevmək, ondan həzz almaq, bədii-yaradıcılıq fəaliyyətinin inkişafına tələbat və estetik dəyərlərin yaranmasına yönəlmiş tərbiyə növü. Ekoloji tərbiyə - yeni yetişən nəsildə özündə təbiət haqda bilikləri və ona qarşı məsuliyyətli, humanist yanaşmanı ehtiva edən məqsədyönlü yüksək ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə qarşı ümummilli və ümumbəşəri dəyər kimi məsuliyyətli münasibətin yaranması. İqtisadi tərbiyə - tərbiyəçilər və tərbiyə alanlar arasında təbiət, təsərrüfat və istehsalın, maraqlarının və tələbatının təşkilinə yönəlmiş, bilik və bacarıqlarının, tələbatlarının yaranmasına yönəlmiş münasibətlər. Estetik tərbiyə - yetkinləşən insanda hissetmə, düzgün anlama, həyatda və incəsənətdə gözəlliklər yaratmağa və dəyərləndirməyə istiqamətlənmiş, yaradıcılıqda aktiv iştiraka, gözəllik qanunlarına əsasən yaratmağa istiqamətlənmiş müəllim və şagird arasında məqsədyönlü qarşılıqlı təsirdir. Etik tərbiyə - şagirdlərdə yaxşı davranış qaydalarını, davranış mədəniyyətinin və münasibətinin formalaşmasına istiqamətlənmiş müəllim və şagirdlər araında məqsədyönlü qarşılıqlı münasibət

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?