close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
TƏDRİS PLANI METODUtəhsil proqramına uyğun məzmuna malik olan modelİ əks etdirən sənəd. (konkret ixtisasları nəzərə almadan). T.p.m-da. təhsilin son səviyyəsi, təhsil müddəti, dövrləri, kursu, fənnləri, barədə məlumat əks olunur. Modeldə regionun spesifikasına uyğun fənlərin tədris dövrünə, məsləhət, imtahan; ayrılmış saatların təxmini miqdarı əks olunur. T.m.p.36 həftəlik, 16 günlük iş həftəsi üçün yük nəzərdə tutulub
TƏDRİS METODLARININ TƏSNİFATIvahid əsas üzrə nizamlanan tədris metodlarının sistemi. Müxtəlif təsnifatlar mövcuddur: məlumat mənbəyi və dərk etmə üzrə, didaktik məqsədlər üzrə, ifadə məntiqi üzrə, təhsil alanların dərk etmə fəaliyyətinin dərəcələri üzrə və s
TƏDRİS NƏŞRİelmi və ya tətbiqi xarakterli, sistemləşdirilmiş, rahat formada olan məlumatlar. Bu nəşrlər tədris və ya təlim məqsədi daşıyır
TƏDRİS LƏVAZİMATI1) müxtəlif müəllif mövqeyindən müəyyən bir fənnin elmi əsaslarını izah edən kitablar; 2) metodiki materiallar, izahatlar, müxtəlif fənlər barədə tövsiyyələrdən bəhs edən müəllim və ya şagirdlər üçün kitablar ; 3) təlim-tədris prosesində mənbə kimi istifadə edilən xüsusi hazırlanmış və təbii fənn və materiallar
TƏDRİS İLİtəhsil müəssisələrində dərsin başlanmasından tətil müddətinin başlamasına aid olan müddət. T.i. ilk dəfə Qərbi Avropa məktəblərindətətbiq olunub. XVI əsrin sonuna qədər tədris ilboyu gedirdi
TƏDRİSİN TEXNİKİ VASİTƏLƏRİped. prosesin təkmilləşməsinə, effektivliyin artmasına, təhsilin keyfiyyətinin audiovizual vasitələrin hesabına artmasına səbəb olan cihaz və qurğular
TƏQVİM - TEMATİK PLANbir tədris fənni üzrə tərtib olunan plandır və burada mövzu və tapşırıqların siyahısı, mövzuya ayrılan saatların sayı, dərs növünün müəyyən olunması, fənlərarası əlaqə və metodik təminat əks olunur. Təqvim planı üzrə iş proqramın həyata keçirilməsinə zəmanət verir və şagirdləri artıq yükdən qoruyur
TƏLƏBƏ(lat. studentis – səylə çalışan, fəal olan) ali mkətəbin, bəzi ölkələrdə isə orta məktəb şagirdləri. Qədim Romada T. elmi proseslə məşğul olan əksər şəxsləri adlandırırdılar. XII əsrdə universitetlərin yaradılması ilə bu ad həmin müəssisələrdə təhsil alanlara verilir. AR-də əsasən ali və orta-ixtisas məktəblərində təhsil alanlar-tələbə və dinləyici, hərbi məkətəblərdə təhsil alanlar- kursant adlanır
TƏHSİL KREDİTİfənnin məzmununa və həcminə müvafiq olaraq onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi
TƏHSİLsistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi
TƏHSİLLİLİKtədris prosesində insanın elm, bilik və bacarıqları mənimsəmə səviyyyəsini fərdi inkişaf sürəti göstəriciləridir. Ümumi və xüsusi təhsilliyi fərqləndirirlər. Ümumi- istənilən materialın mənimsənilməsi, xüsusi- xüsusi növ materialların mənimsənilməsi (müxtəlif elmlər, incəsənət, praktiki fəaliyyət növləri). Birinci növ fərdin ümumi, ikinci isə xüsusi qabiliyyəti ilə seçilir. T. anlayışının komponentləri: şagirdin potensial qavrama qabiliyyəti; lazımi biliklərin toplumu; təhsil almaqda inkişaf sürəti; tədris fəaliyyətinin səmərəliliyi; əqli inkişafın yeni səviyyələrinə çatmağa hazır olmaq
TƏHSİL ALANTəhsil müəssisəsində təhsil alan şəxs. Orta məktəblərin , texnikumların, ali məktəblərin şagirdləri
TƏHSİL ALANLARIN MÜSTƏQİL İŞİşagirdin bütün struktur komponentlərində şagirdin müstəqilliyi əsas götürülür -problemin qoyuluşundan başlamış ona nəzarətədək funksiyaları nəzərdə tutur. T.a.m.i. – şagirdlərin dərketmə bacarıqları, onların öz-özünə təhsilini istiqamətləndirir
TƏHSİLİN FƏRDƏ YÖNƏLMİŞ MƏZMUNUpeşə-ixtisas təhsilinin məzmunun layihələşdirilməsində ənənəvi yanaşma şəxsiyyətin tam inkişafına təminat verir. Burada şagirdə tədrisi, tədris materialını, təhsilin məzmununun tam seçmək hüququ verilir. Lakin bu zaman tədris proqramının müxtəlif modulları, istehsalat texnologiyalarının adekvat tətbiq yolları göstərilir
TƏHSİL FRANÇAYZİNQİtəhsil məhsullarını müvafiq şərtlərlə (təhsil müəssisəsinin rəsmi adı və fərqlənmə nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s.) daxili, yaxud beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi
TƏHSİL İNVESTİSİYASItəhsilin inkişafına müxtəlif istiqamətli sərmayə qoyuluşu
TƏHSİL İŞÇİLƏRİNİN İXTİSASLAŞMA DƏRƏCƏLƏmüəllimin normativ meyarlara müvafiq olan ixtisaslaşma, peşəkarlıq və məhsuldarlıq və (və ya) işçilərə peşəkar məsələləri həll etmə imkanını yaradan idarəedici əmək səviyyəsi
TƏHSİL KEYFİYYƏTİtəhsil prosesi və onun nəticələrinin uyğunluğunu, prosesin necə adlandırılmalı və hansı məqsədlərə xidmət etməli olduğu anlayışlarının cəmiyyətdə yayılmasının hüdudunu göstərən inteqral xarakteristikadır. Bu sahədə fikirlər nəzərə çarpacaq dərəcədə ayrıldığına görə bu terminin izahı da üst-üstə düşmür. Bütövlükdə müasir təhsilin keyfiyyəti onun sosial effektivliyinə xidmət edən bir sıra faktorlarla müəyyən olunur. Bu faktorlar aşağıdakılardır: а) fəaliyyətin bu və ya digər sahəsində təcrübə və mənəvi mədəniyyətin ən yüksək nailiyyətlərinə imkan verən məzmun; b) pedaqoji heyətin və digər maarifçilərin yüksək səriştəliliyi; c) yeni təhsil texnologiyaları və onlara müvafiq olan maddi-texniki təchizat; d) humanist istiqamət; e) əhalinin bilik, anlayış və bacarıq ehtiyaclarının tam ödənilməsi
TƏHSİLİN HUMANİSTLƏŞMƏSİtədrisin məzmun, forma və təlim metodlarına humanizm ideyalarının yayılması, şəxsiyyətin azad və hərtərəfli inkişafının, onun cəmiyyət ictimai həyatında iştirakının təmini
TƏHSİLDƏ METODİKAtədris prоseslərində konkret üsulların, yolların, ped. fəaliyyətin texnikasının təsviri

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?