close
Azərbaycan diliEnglishRussian
Slide 1

Lüğət

Axtarış sözünü və tipini daxil edin.
ilə başlayan tərkibində olan Tam uyğun olan
Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
SAVADədəbi dilin normalarına uyğun olaraq insanın yazılı və şifahi nitq bacarıqlarına yiyələnməsi. Əhalinin sos.-mədəni inkişafının, məktəbdə tətbiqi isə - təhsilin əsas şərt və göstəricilərindən biridir. S. geniş mənada bu və ya digər sahədə biliklərə yiyələnmək və onları tətbiq etmək bacarığını bildirir
SEMİNAR(lat . seminarium - maarifçi) – a)ali məktəblərdə tələbələrin xüsusi fənn və ya mövzu üzrə keçirdikləri məşğələ; b)müəyyən bir problem ilə əlaqədaq keçirilən elmi yığıncaq
SƏRBƏST (EKSTERNAT) TƏHSİLmüxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması
SOSİAL TƏRBİYƏinsanın yaxın ictimai mühitlə münasibətdə məqsədyönlü tərbiyəsi (ailə, ədəbi-mənəvi, vətəndaş, hüquqi, dini və s.) ilə qarşılıqlı fəaliyyətidir: insanın müəyyən rollara, normativ qaydalara və sos. hadisələrə aktiv uyğunlaşması insanın sosiallaşmasında inkişaf prosesidir
SİNİFDƏNXARİC TƏRBİYƏ İŞİmüəllim tərəfindən təhsil alanların dərsdənxaric vaxtlarında uşağın şəxsiyyətinin formalaşması üçün zəruri şərtləri təmin edən müxtəlif məşğuliyyət növlərinin təşkil edilməsi
SİNİFDƏNXARİC İŞsinifdənxaric iş məktəbdə və ya peşə-ixtisas məktəbində tərbiyə prosesinin tərkib hissəsidir, təhsil alanların asudə vaxtının təşkili formasıdır. S.i. əksər hallarda sinifdənxaric tərbiyə işləri rəhbərlərinin nəzarəti altında pedaqoji kollektiv və təhsil alanların kiçik bir qismi tərəfindən reallaşır
SİNİF-DƏRS TƏDRİS SİSTEMİhazırlanmış tədris proqramı və dərs cədvəli əsasında tədris fənlərinin məktəbdə dərs məşğələlərinin təşkili.Əsas tədris metodu dərs məşqələsidir
SİNFƏ GÖRƏ MƏSULİYYƏTLİ ŞƏXSped. işçi.Onun vəzifəsinə daxildir: fərdin inkişafı və şəxsiyyətinin inkişafı üçün əlverişlik şəraitin yaradılması; onun tərbiyə sisteminə lazımi düzəlişlərin edilməsi; uşaqların öz aralarında.müəllimlərlə, valideynlərlə, ətraf aləmlə yaranan ünsiyyət problemlərinin həllində kömək etmək
SİNİF RƏHBƏRİmütəxəssis-müəllim, şagirdlərlə cəmiyyət arasında mədənniyyət mübadiləsinin vasitəçisi, sinfə müxtəlif tərdris üsulları ilə elmlərin aşılanması, hər bir şagirdin şəxsiyyət kimi formalaşması və özünü fərdi xüsusiyyətlərinin göstərməsinə yardım edir. Sinif rəhbərinin fəaliyyəti təlim- tədris prosesində həlledici rol oynayır. Sinif rəhbərinin əsas məqsədi: cəmiyyətə yararlı fərdin formalaşması, onun şəxsiyyət kimi formalaşmasına, fərdi keyfiyyətlərini formalaşdırmaqda, onun tərbiyəsinin formalaşmasında yardım etmək. S.r. şagirdin fərdi inkişafına bilavasitə nəzarət etmək youl ilə həyarta keçirilir. S.r. öz sinfinin ümumi səviyyəsini nəzərə alaraq əlverişli psixoloji şəraiti yaradır, şagirdlərinin şəxsiyyət kimi fərdi kefiyyətlərinin formalaşdımaq üçün bütün müəllimlərin səylərini birləşdirir
SUBBAKALAVRorta peşə-ixtisas təhsili pilləsində məzunlara verilən peşə-ixtisas dərəcəsi


Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?