Lüğət
RƏHBƏRLİK STİLİ | rəhbərin ( pedaqoqun) öz tabeçiliyndə olanlara təsir sitemi |
---|
REKTOR | (lat. Rector – rəhbər, idarə edən)- ali məktəbə rəhbərlik edən şəxs. İntibah dövründə çoxsinifli məktəblərə rəhbərlik edən baş müəllimlər adlanırdı |
---|
REFERAT | (lat. refero – məlumat verirəm) - 1. Elmi işin, mövzunun nəticəsi barədə malumatın yazılı və ya şifahi məzmunu. 2. R. müxtəlif növlülüyü - avtoreferat. 3. R. tədqiqatçının erudisiyasını, onun müstəqil şəkildə təhlil etmək, sistemləşdirmək, növlərə ayırmaq və ümumiləşdirmək qabiliyyətinin göstəricilərindən biridir. R. adətən nəşr edilmir |
---|
RESENZİYA | (lat. recensio – qiymət) – elmi və ya ədəbi-bədii əsərin təhlili barədə əsaslandırılmış rəy. Resenziya prosesində verilmiş problemin aktuallığı, onun strukturu və məzmunundakı yeniliklər, müəllifin orijinal yanaşması və s özünü göstərir |
---|
REZİDENTURA | tibb ixtisasları üzrə ali baza təhsili əsasında mütəxəssis hazırlığını həyata keçirən struktur |
---|