Lüğət
MAARİF PROSESİ | dövlət təhsil standartlarına uyğun təhsil məsələlərinin həllinə və şəxsiyyətin inkişafına yönəlmiş təlim-tədris və özünütəhsil proseslərinin məcmusudur |
---|
MAGİSTRATURA | ali təhsilin ikinci səviyyəsi |
---|
MAGİSTR | (lat. magister – rəhbər, müəllim) – magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi |
---|
MƏKTƏB | sos. inistitut, cəmiyyət, şəxsiyyət və dövlətin təhsil tələbatını ödəmək üçün ictimai- dövlət sistemi |
---|
MƏKTƏBDAXİLİ İNNOVATİV VƏZİYYƏT | məktəbin idarə edilməsinə müsbət və ya mənfi təsir göstərən yeni yaranmış qaydaların cəmi. M.i.v. ölkədə və dünyada baş verən innovativ proseslər təsir edir |
---|
MƏKTƏBDƏNXARİC İŞ | mədəni- maaarif, digət təşkilatlar tərəfindən şagirdlər ilə keçirilən təlim- tərbiyə işləri; şagirdlərin asudə vaxtını dəyərləndirilməsi, nəzarətsizlik ilə mübarizə.M.i. şagirdlərin maraqlarını nəzərə almaqla könüllü iştirakı, aktivliyivə müstəqilliyini üzərində həyata keçirilir |
---|
MƏKTƏBDAXİLİ İDARƏ SİSTEMİ | bir-birilə bağlı elementlərin elə cəmidir ki, onların qarşılıqlı təsiri ilə idarəetmə funksiyalarını və onların idarə edilən obyektə təsirini həyata keçirtmək mümkündür |
---|
MƏKTƏBDAXİLİ İDARƏ | qarşısında duran məqsədlərdən asılı bütün işlərin koordinasiyası, ped. heyətə mümkün səhvlər barədə xəbərdarlıq etmək və onlara lazımı köməyi göstərmək. M.n.-in prinsipləri: xəbərdaredici xarakter, planauyğunluq, əsaslılıq, hərtərəflilik, nəzəri və metodoloji hazırlıq. olaraq məktəbdə təlim- tədris prosesinin hərtərəfli tədqiqi və analizi. M.n.-in obyektləri: tədris prosesi, tərbiyə prosesi, metodiki iş, elmi və təcrübi fəaliyyət, uşaq və ped. kollektivin psixoloji vəziyyəti, təlim-tədris prosesinin zəruri şərtlərlə təmin edilməsi. M.n.-in növləri: nəzarəti həyata keçirənin əlamətləri (kollektiv, qarşılıqlı idarə, özünüidarəetmə, planlı və planlaşmamış inzibati idarə etmə); idarə edilən obyektlərin əhatə edilməsinə görə (sinif ümumiləşdirici –eyni sinifdə oxuyan şagird və müəllimlərin işinin təhlili, ümumi – bütün istiqamətlər üzrə işlərin ümumi vəziyyətinin dərin tədqiqi və analizi, tematik –təlim-tədris prosesinin konkret istiqamət üzrə öyrənilməsi, şəxsi – ayrı müəllimlərin fəaliyyətinin hərtərəfli tədqiqi, icmal – məktəbdəki vəziyyətin dərin tədqiq edilmədən təhlili. M.i. metodları: dərs və təlim məşğələlərinə gəlmək və onları təhlil etmək, məktəb sənədlərinin və şagirdlərin işlərinin təhlili, müəllim, şagird və valideynlərlə söhbət, inzibati yoxlama tədbirlərinin və sorğularının aparılması; anketləşdirmə, testləşdirmə, xronometraj və s |
---|
MƏKTƏB VALEOQOLOGİYASI | uşaq, onların valideynləri və pedaqoqların sağlamlığının möhkəmləndirilməsini öyrənən elm sahəsi. M.v-nın əsas məqsədləri ped. prosesin iştirakçılarının və onu müəyyən edən faktorların sağlamlıq vəziyyətinin öyrənilməsi; uşaq və böyülərin sağlamlığının qorunması, yenidən bərpası və s., onların bu sahədə məlumatlandrılması və təlimi, təhsilin valoqoloji məzmunlu nəzəri və məsuliyət hissi yaranır |
---|
MƏKTƏBİN TƏRBİYƏ SİSTEMİ | məktəbin bütöv sos.-ped. strukturunu təşkil edən və tərbiyənin əsas və daimi inkişaf edən faktoru kimi çıxış edən qarşılıqlı bağlı komponentlərin (tərbiyəvi məqsədlər, onları həyata keçirən insanların fəaliyyəti və münasibəti, əlaqələri, yaşam məkanı) cəmidir. Humanist istiqamətli vahid M.t.s.-nin inkişafı, sağlam həyat tərzinin formalaşmasına, təsir və qarşılıqlı təsir, kollektivin müdafiə funksiyalarının təminatı, müxtəlif yaş səviyyəsi müxtəlif və çoxistiqamətli fəaliyyəti |
---|
MƏKTƏB MÜHAZİRƏSİ | tədris materialının davamlı şifahi ifadəsi (45-50 dəq) |
---|
MƏQBUL | laborator, praktiki, hesabi-qrafiki işlərin, kurs işlərinin və həmçinin seminar məşğələlərində, diplomqabağı hazırlıq zamanı görülən işlərə nəzarət formasıdır. Məqbulun nəticələri həm beşballıq sistemlə, həm də təhsilin formasından asılı olaraq “məqbul” qeydi ilə göstərilə bilər |
---|
MƏŞĞƏLƏ | müəllim tərəfindən dəqiq müəyyən edilmiş vaxtda, daimi şagird tərkibi olan və elmi tapşırıqların həll edildiyi tədris prosesinin forması |
---|
METOD | (yun. methodos – tədqiqat və ya dərketmə yolu) – praktiki və nəzəri biliklərin dərki, müəyyən tapşırığın həllinə istiqamətlənmiş vəzifələr. Pedaqogikada təlim və tədris metodlarının probleminin həlli yollarını və klasifikasiyası əsas xüsusiyyət kimi çıxış edir |
---|
METODİKA | Tədris metodikası barədə elm. Nə isə öyrənmək, nə isə yerinə yetirməyin praktik icra metodlarının cəmi |
---|
METODİST | Hər hansı fənnin tədrisi sahəsində mütəxəssis |
---|
MÜHAZİRƏ | (leksiya) (lat . lectio – qiraət) – tədris materialının, hər hansı sualın, elmi, siyasi mövzunun sistematik şifahi ifadəsi |
---|
MÜƏLLİM | ümumtəhsil məktəblərində yeni yetişən nəslin tərbiyə, təhsil və tədrisini həyata keçirən pedaqoji işçi..metodoloji problemlərinin işlənib hazırlanması, valeoqoloji baxışları nəzərə almaqla pedaqoji kadrların hazırlanması |
---|
MÜƏLLİMLƏRİN ATTESTASİYASI | Dövlət və ya özəl təhsil müəssisələrinin işçilərinin bacarığının, pedaqoji profesionallığının və əmək məhsuldarlığının kompleks qiymətləndirilməsi |
---|
MÜƏLLİMİN DİAQNOSTİK DÜŞÜNCƏSİ | uşağın müxtəlif xüsusiyyətlərinin təhlili və şəxsiyyətin proqnozlaşdırılması ilə vahid şəkildə birləşdirilməsi |
---|