close
Azərbaycan diliEnglishRussian
Slide 1

Bütün A Ə B D E F G H İ K Q L M N O P R S T V Y U
Termin İzahı
TƏDRİS KİNO VƏ VİDEOFİLMLƏRİ tədris məqsədi ilə kino vasitələri və televiziya vasitəsilə yaradılan filmlər. Pedaqoji məqsəd və imkanlara görə bu audiovizual tədris vasitələri praktik olaraq eynidir, ancaq texniki daşıyıcılara görə fərqlənir və buna görə də onlara vahid məfhum kimi baxılır – tədris filmi və videofilm. Son illər ərzində tədris filmi demək olar ki, tədris televiziyası tərəfindən tamamilə çıxarılmışdır. Tədris filmi və videofilmləri aşağıdakı növlərə ayırmaq olar: video kurslar – istənilən fənn üzrə əsas materialı izah edən və vahid tədris materialının qurulması metodikası və tematika ilə əlaqəli olan silsilə filmlər; qısametrajlı filmlər (10 50-yə qədər) – tədris proqramının ayrıca mövzularının materialını izah edən tədris filmləri. Bu cür filmlər yeni materialı keçərkən hissələrlə, ayrıca fraqmentlərlə və ya giriş dərslərdə tam şəkildə, həmçinin keçilən materialı təkrarlayarkən istifadə olunur; film-fraqmentlər – bu istənilən bir mövzuya aid olan 4-5 dəqiqədən çox olmayan qısa tədris filmidir. Bir qayda olaraq, bu filmlər mövzunun izahı üçün istifadə olunur

Sorğu

Təhsilin inkişafında İKT-nin tətbiqi hansı imkanlar yaradır?